adalet.az header logo
  • Bakı -°C
11 Fevral 2026 09:32
100
İDMAN
A- A+

"Qarabağ" dünya reytinqində 9 pillə irəlilədi

"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəliləyib.

Adalet.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

"Köhlən atlar" 200 xalla 60-cı sırada qərarlaşıb.

Ölkənin digər təmsilçilərindən "Sabah" (96 xal) 224-cü yerdən 211-ə qalxıb. "Zirə" (63 xal) 389-cu mövqedən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu (595 xal) liderdir.