"Qarabağ" "Kopenhagen"lə oyundan əvvəl azarkeşlərə müraciət etdi

"Qarabağ" Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb:
"Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat qalmış açılacaq".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Digər Xəbərlər

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu

MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"a qarşı

UEFA İsraillə bağlı qərar verdi

İspaniya Superkuboku uğrunda turnir bu ölkədə keçiriləcək - RƏSMİ

“Qarabağ” - “Kopenhagen” matçını bu hakim idarə edəcək

III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçisi gümüş medal qazanıb
