Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ölməz” tamaşası ilə açdı
Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib.
Tamaşadan öncə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan bəhs edib, həmçinin teatrın yaradıcılıq yoluna dair qısa məlumat verib.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, övladları Vətən müharibəsində şəhid olmuş analar, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin tanınmış simaları, həmçinin Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.
Daha sonra “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan “Ölməz” tamaşası nümayiş olunub. Səhnə əsərinin müəllifi yazıçı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edib.
Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnə təcəssümünü tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması, Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq tamaşaçılara böyük təsir bağışlayıb.
Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. Lakin son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib. Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Digər Xəbərlər
15 Iyul 2026 16:33
Şuşa Qoruq İdarəsinin vəzifələri artırılıb
15 Iyul 2026 11:52
Xalq artisti: “İstedadsız adamlar həyasız olurlar”
13 Iyul 2026 17:36
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - VİDEO
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57
Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”
04 Iyul 2026 09:00
Mustafa Mərdanov səhnəsində premyera
01 Iyul 2026 15:46


Bakı -°C

