30 Sentyabr 2025 14:17
78
DÜNYA

Ermənistan Trampın Qəzza planını alqışlayır

Ermənistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı sülh planını alqışlayır.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in "X" hesabında dərc olunmuş bəyanatında deyilir.

"Biz ABŞ Prezidenti Donald Trampın Qəzza böhranına son qoyulması ilə bağlı təşəbbüsünü dəstəkləyirik. Ermənistan tərəflərin bu təklifi reallaşdıracağına və sülhün dərhal bərqərar olacağına ümid edir", - bəyanatda qeyd olunub.