30 Sentyabr 2025 12:46
72
DÜNYA

Avroparlament Ursula fon der Lyayneyə etimatsızlıq məsələsini müzakirə edəcək

Sentyabrın əvvəllərində Aİ və ABŞ arasında bağlanan ticarət razılaşmasını qəbul etməyən və onun Fələstin -İsrai qarşıdurmasındakı rolundan narazı qalan   "Sosialistlər və demokratların inkişaf alyansının" təklifi ilə, Avtoparlamentdə Avrokomisiyanın rəhbəri Ursula  fon der Lyayenə ehtimatdızlıq göstərilməsi təklifi irəli sürüb.

 Bu barədə Avroparlamentdəki mənbələrinə əsasən məlumat verən Politica yazır ki,  onun işindən razı qalmayan deputatlar belə, açıq şəkildə Avrokomissiyanın rəhbərini müdafiə edirlər. Onlar hesab edirlər ki, Lyanenin vəzifədən getməsi Avropa İttifaqında böhran yarada bilər. 

 "Ursula keçmişdə qalsada, hazırda onun yerinə ondan yaxşısı gəlməyəcək"- deyə mətbu orqanın mənbəsi bildirib.

 Avroparlamentin deputatı Erik Markvart bildirib ki, "solçuların əksəriyyəti dəyişiklik arzulayırlar", Lakin onların istəkləri  "düz istiqamətdə olmaya bilərlər".

 Məlumatda bildirilir ki, Ursula fon der Lyayneyə etimatsızlıq göstərilməsi məsələsi, Avropa parlamentinin 6-9 oktyabrda keçiriləcək sesiyasında müzakirəyə çıxarılacaq.

 Rüstəm Hacıyev