"Yaxşı hazırlaşmışıq" - Andrade

Sabah bizi ciddi oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Bu gözəl arenada azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.
Kabo-verdeli yarımmüdafiəçi "Kopenhagen"in əla komanda olduğunu bildirib: "Çempionlar Liqasında iştirak edən bütün komandalar güclüdür. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
L.Andrade sabahkı matçda qol vurub-vurmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Əsas olan komandanın meydanda sonadək mübarizə aparmasıdır. Düşünürəm ki, çox maraqlı oyun olacaq".
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.
Digər Xəbərlər

"Səbail" braziliyalı futbolçunu transfer etdi

"İnanıram ki, futbolçularımız azarkeşləri sevindirə biləcəklər" - Qurban Qurbanov

"Qarabağ" "Kopenhagen"lə oyundan əvvəl azarkeşlərə müraciət etdi

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu

MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"a qarşı

UEFA İsraillə bağlı qərar verdi
