“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış etdi - FOTOLAR
İnnovasiya və sürət lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir.
Adalet.az xəbər verir ki, tədbirin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller “FinTex və telekommunikasiya sahələri arasında sinerji” mövzusunda panel müzakirəsində iştirak edib. “Özbəkistan Respublikasının Fintex Assosiasiyası”nın inkişaf üzrə rəhbəri və idarə heyətinin sədri Nargis Dustmatovanın moderatorluğu ilə keçirilən tədbirə Klaus Müller ilə yanaşı, “Birbank”ın gündəlik bank ofisinin rəhbəri Zakir Xanməmmədov, “Freedom Telecom International”ın baş icraçı direktoru Yohannes Hummer və “GoldenPay”ın baş icraçı direktoru Eynar Abdullayev qatılıb.
Paneldə çıxış zamanı Klaus Müller “Bakcell”in innovativ biznes yanaşması, süni intellekt və rəqəmsal həllərin məhsul və xidmətlərdə tətbiqi barədə ətraflı məlumat verib. O, xüsusilə “Bakcell”in ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə tərəfdaşlığını vurğulayaraq, bu əməkdaşlığın innovasiyaya əsaslanan və yüksək funksionallığa malik xidmət modelinin formalaşmasına imkan yaratdığını qeyd edib. Bu tərəfdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslərin Azərbaycanın innovasiya və rəqəmsal maliyyə xidmətləri ekosistemində yeni yanaşma gətirdiyi bildirilib. Sessiyada, həmçinin böyük məlumatların və süni intellekt modellərinin tətbiqinin hər iki sahənin inteqrasiyasına əlavə dəyər qatacağı vurğulanıb.
“Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində dayanıqlı fəaliyyətini davam etdirir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
25 Iyul 2026 11:36
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
24 Iyul 2026 11:30
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
23 Iyul 2026 09:08
Süni intellekt nəzarətdən çıxdı - Kiberhücum təşkil etdi
22 Iyul 2026 12:56
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
19 Iyul 2026 13:00
“Facebook” və “Instagram”da yaranan nasazlıq aradan qalxdı - YENİLƏNİB
18 Iyul 2026 08:49
Smartfon istifadəçilərinə xəbərdarlıq
16 Iyul 2026 10:27
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
14 Iyul 2026 18:01


Bakı -°C

