“Facebook” və “Instagram”da yaranan nasazlıq aradan qalxdı - YENİLƏNİB
Dünyanın ən böyük sosial media platformalarından olan “Facebook” və “Instagram” qlobal texniki nasazlıqla üzləşib.
Adalet.az xəbər verir ki, istifadəçilər hesablarına daxil olmaq, lentləri yeniləmək və mesaj göndərmək zamanı problemlə qarşılaşırlar.
İstifadəçilərin bildirdiyinə görə, platformalara giriş zamanı ekranda “Hesab hazırda əlçatan deyil” xəbərdarlığı görünür. Bəzi istifadəçilər isə hesablarına daxil ola bilsələr də, lent yeniləmə və mesajlaşma funksiyalarının işləmədiyini qeyd edirlər.
“Meta” şirkətinin sistem mesajında problemin texniki nasazlıqla bağlı olduğu bildirilib: “Saytdakı problem səbəbindən hesabınız hazırda əlçatan deyil. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Zəhmət olmasa, bir neçə dəqiqədən sonra yenidən cəhd edin”.
Real vaxt rejimində texniki kəsintiləri izləyən “Downdetector” platformasının məlumatlarına əsasən, nasazlıq yalnız müəyyən bölgələrlə məhdudlaşmayıb və dünyanın müxtəlif ölkələrində istifadəçilərə təsir edib.
Hazırda “Meta” şirkəti kəsintinin səbəbi və platformaların nə zaman tam bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verməyib.
***
“Facebook” və “Instagram”da yaranan texniki nasazlıq aradan qaldırılıb.
Digər Xəbərlər
25 Avqust 2026 09:31
Daha bir ölkə 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan etməyə hazırlaşır
24 Avqust 2026 23:47
"ChatGPT"-də gizli söhbətlərlə bağlı YENİLİK
24 Avqust 2026 19:11
“iPhone” alanların nəzərinə - Qiymətlər kəskin bahalaşır
21 Avqust 2026 23:47
Süni intellektlə eşq şousu çəkiləcək
19 Avqust 2026 11:51
“iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
19 Avqust 2026 09:30
Süni intellekt nəzarətdən çıxır - “OpenAI” əyləcə basdı
18 Avqust 2026 17:59
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
12 Avqust 2026 13:43


Bakı -°C

