“iPhone”lar bütün dünyada bahalaşa bilər
"Apple" şirkətinin yaxın vaxtlarda "iPhone" smartfonlarının qiymətlərinə yenidən baxa biləcəyi bildirilir. Mövcud modellərin bahalaşmasının isə daha böyük qiymət artımının başlanğıcı ola biləcəyi qeyd olunur.
Adalet.az bildirir ki, "Fixed Focus Digital" adlı insayderin məlumatına görə, ilk növbədə "iPhone 17" seriyasının qiymətlərində dəyişiklik gözlənilir. Bununla belə, mənbə qiymət artımının baş verəcəyinə dair təsdiqlənmiş məlumatın olmadığını da vurğulayıb.
Bildirilir ki, mümkün bahalaşmanın əsas səbəblərindən biri yaddaş çipləri və məlumat saxlama qurğularının qiymətinin kəskin artmasıdır. "Apple" iyunda artıq "Mac", "iPad" və bəzi digər məhsullarının qiymətlərinə bu səbəbdən yenidən baxıb. Həmin vaxt "iPhone", "Apple Watch", "AirPods", "Studio Display" və müxtəlif aksessuarların qiymətləri dəyişməyib. İnsayderlərin məlumatına görə, daha ciddi qiymət artımı gələcək "iPhone 18 Pro" modellərinə təsir edə bilər.
İlkin məlumatlarda "Apple"ın növbəti təqdimatında "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və şirkətin ilk qatlanan smartfonunu nümayiş etdirə biləcəyi qeyd olunur. "iPhone 18" və "iPhone 18e" modellərinin isə daha sonra - 2027-ci ilin yazında satışa çıxarılacağı ehtimal edilir. Bununla yanaşı, "iPhone 17" seriyasının ən azı növbəti ilə qədər şirkətin əsas məhsullarından biri olaraq qalacağı gözlənilir. Buna görə də yeni modellərin təqdimatından asılı olmayaraq, mövcud seriyanın qiymətlərinə yenidən baxılması mümkündür. Mümkün bahalaşmanın "iPhone 17" ailəsinin bütün modellərinə şamil olunub-olunmayacağı isə hələlik məlum deyil.
Hazırda modellərin başlanğıc qiymətləri belədir:
"iPhone 17e" - 599 dollar, "iPhone 17" - 799 dollar, "iPhone Air" - 999 dollar, "iPhone 17 Pro" - 1099 dollar, "iPhone 17 Pro Max" - 1199 dollar./Lent.az
Digər Xəbərlər
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31
"Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi
28 Avqust 2026 13:01
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
27 Avqust 2026 09:30
Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq
25 Avqust 2026 09:31


Bakı -°C

