Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq
Sosial media nəhəngi “Meta” ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib.
Adalet.az xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlər tətbiq edəcəyi bildirilir.
Məhkəmə sənədlərində əksini tapan razılaşmaya əsasən, “Meta” uşaqlar və yeniyetmələrin platformalardan istifadəsini məhdudlaşdıran bir sıra tədbirlər həyata keçirəcək.
Razılaşma çərçivəsində “Meta”nın yaxın aylarda gənc istifadəçilər üçün gündəlik istifadə limitləri və gecə saatlarında giriş məhdudiyyətləri tətbiq etməsi nəzərdə tutulur. Məktəb saatlarında isə onların diqqətini yayındıra biləcək bildirişlərin dayandırılması planlaşdırılır.
Bundan başqa, gənclərin bədən görünüşünə mənfi təsir göstərə biləcəyi iddia edilən kosmetik cərrahiyyə filtrlərinin qadağan olunacağı bildirilir.
İş üzrə razılaşma Kaliforniya və digər ştatların “Meta”ya qarşı irəli sürdüyü iddialardan sonra əldə olunub. Şirkət uşaqları platformalarda daha uzun müddət saxlamaq üçün asılılıq yaradan mexanizmlərdən istifadə etməkdə və 13 yaşdan kiçik uşaqların məlumatlarını valideyn razılığı olmadan toplamaqda ittiham edilirdi.
“Meta” isə razılaşma çərçivəsində şirkətə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. Şirkət daha əvvəl təhlükəsizlik tədbirlərini davamlı şəkildə gücləndirdiyini və ştatların tələb etdiyi kompensasiyanın həddindən artıq olduğunu müdafiə edib.
Digər Xəbərlər
25 Avqust 2026 09:31
Daha bir ölkə 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan etməyə hazırlaşır
24 Avqust 2026 23:47
"ChatGPT"-də gizli söhbətlərlə bağlı YENİLİK
24 Avqust 2026 19:11
“iPhone” alanların nəzərinə - Qiymətlər kəskin bahalaşır
21 Avqust 2026 23:47
Süni intellektlə eşq şousu çəkiləcək
19 Avqust 2026 11:51
“iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
19 Avqust 2026 09:30
Süni intellekt nəzarətdən çıxır - “OpenAI” əyləcə basdı
18 Avqust 2026 17:59
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
12 Avqust 2026 13:43


Bakı -°C

