Tramp və Netanyahu İranla bağlı müzakirə apardı
ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son həftələrdə İrana qarşı mümkün hücumla bağlı intensiv danışıqlar aparıldığı iddia olunur.
Adalet.az xəbər verir ki, İsrailin “Kanal 13” telekanalının məlumatına görə, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl İrana hücum ehtimalının aşağı olduğunu bildiriblər.
Məlumata əsasən, Netanyahu da seçkilərdən əvvəl belə bir hücumun həyata keçirilməsini istəmir.
İsrail ordusunun İrana müstəqil hücum, ABŞ-la birgə əməliyyat və İrandan mümkün zərbələrə cavab ssenarilərinə hazırlaşdığı qeyd olunub.
İsrail tərəfi ABŞ-ın gələcəkdə İrana qarşı hücumları bərpa edə biləcəyini də ehtimal edir.
Qeyd edək ki, bunlar İsrail mediasının və adı açıqlanmayan rəsmilərin iddialarıdır.
Vaşinqton və Təl-Əviv mümkün hücumla bağlı yekun qərarın qəbul edildiyini təsdiqləməyib.
Digər Xəbərlər
25 Noyabr 2026 21:23
Pezeşkian tələbələrin etirazından sonra səhnəni tərk etdi - VİDEO
25 Noyabr 2026 17:50
Qazaxıstan Prezidenti Moskvaya səfər edib
25 Noyabr 2026 17:18
Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı
25 Noyabr 2026 09:23
PUA iki ölkə arasında müharibənin başlanmasına səbəb ola bilər
25 Noyabr 2026 09:00
Tramp “razı saldım” demişdi, Huanq təkzib etdi
25 Noyabr 2026 08:08
Pezeşkian ağlayarkən görüntüləndi - VİDEO
25 Noyabr 2026 08:06
İran rəsmilərinə sui-qəsd ediləcək? - Ağ Evdə yeni ssenari
24 Noyabr 2026 23:18


Bakı -°C

