“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
"WhatsApp" köhnə əməliyyat sistemi ilə işləyən bəzi telefonlarda istifadəçilərin hesablarına girişini məhdudlaşdıra bilər.
Adalet.az xəbər verir ki, yeni təhlükəsizlik qaydasına əsasən, istifadəçilər hesablarına yenidən daxil olmaq üçün cihazlarının Android və ya iOS sistemini ən son versiyaya yeniləməlidirlər.
Əgər telefon üçün daha yeni sistem yeniləməsi mövcud deyilsə, "WhatsApp"dan istifadəni davam etdirmək üçün yeni cihaz almaq tələb oluna bilər.
Şirkət bu addımı köhnə əməliyyat sistemlərində mövcud olan təhlükəsizlik boşluqlarından sui-istifadə hallarının qarşısını almaq və istifadəçi məlumatlarının qorunmasını gücləndirmək məqsədilə atıb.
Hazırda hansı əməliyyat sistemi versiyalarının dəqiq şəkildə bloklanacağı açıqlanmayıb. İstifadəçilərə telefonlarının parametrlər bölməsindən sistem yeniləmələrini yoxlamaq tövsiyə olunur.
Digər Xəbərlər
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
03 Noyabr 2026 16:16
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
03 Noyabr 2026 06:57
Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
03 Noyabr 2026 06:56
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27


Bakı -°C

