Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
Milli CERT Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Müşahidələr göstərir ki, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər. Onlar xarici IP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi məhdudiyyətlərdən yayınmaq məqsədilə Azərbaycan IP ünvanları təqdim edən "VPN" və proksi infrastrukturlarından da istifadə edirlər.
Kiberhücumların əsas məqsədi "Microsoft 365", eləcə də digər e-poçt mühitlərinə icazəsiz giriş əldə etməklə qurum və təşkilatlara məxsus məxfi məlumatların, elektron yazışmaların və digər həssas məlumatların ələ keçirilməsindən ibarətdir.
Bununla əlaqədar, Milli CERT təşkilat və qurumlara istifadəçi hesablarının təhlükəsizliyini gücləndirmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:
giriş loqlarının yoxlanılması, xüsusilə eyni gün ərzində həm xarici ölkələrdən, həm də Azərbaycan IP ünvanlarından qeydə alınmış girişlərin təhlil edilməsi;
eyni mənbədən çoxsaylı hesaba qarşı uğursuz giriş cəhdlərinin araşdırılması;
şübhəli uğurlu girişlərin müəyyən edilməsi;
bütün istifadəçi hesabları üzrə çoxfaktorlu autentifikasiyanın ("MFA") aktivləşdirilməsi.
Müşahidə olunan fəaliyyətlə əlaqələndirilən hücum indikatorlar ("IOC") aşağıdakılardır:
146.70.247[.]20
179.43.158[.]195
130.94.80[.]141
94.20.154[.]138
35.178.160[.]238
Digər Xəbərlər
12 Avqust 2026 13:43
“iPhone”lar bütün dünyada bahalaşa bilər
12 Avqust 2026 12:47
İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
11 Avqust 2026 16:16
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
10 Avqust 2026 12:32
Azərbaycanda süni intellektli “Aysu” təqdim edildi - Nə edəcək? - VİDEO
05 Avqust 2026 11:55
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?
04 Avqust 2026 11:14
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
03 Avqust 2026 10:43
Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
02 Avqust 2026 19:00


Bakı -°C

