Fahrettin Altun Azərbaycanda səfərdədir

Sentyabrın 30-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsindən Adalet.az-a verilən xəbərə görə, sədr Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib.
Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında sarsılmaz münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir.
Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.
Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.
Digər Xəbərlər

Milli Məclis Anım Günüylə əlaqədar Bəyanat qəbul etdi - YENİLƏNİB

Prezident anlaşma memorandumunu təsdiqlədi

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib

İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi - YENİLƏNİB

"Azərbaycanla münasibətlərimizi pozmağa çalışan qüvvələr var" - Cihangir İşbilir

"Xəstəxanada qalmaq otel qiyməti ilə eynidir" - Deputat tibbi sığortanı tənqid etdi
