Türkiyə də Qəzza üzrə vasitəçilik iclasına qatılacaq

Türkiyə Qəzzada İsrail və HƏMAS arasında dolayısı ilə atəşkəs danışıqlarına rəhbərlik edən vasitəçilərin toplantısına qatılacaq.
Adalet.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında deyib.
"Misir kəşfiyyatının rəhbəri dünən HƏMAS-ın danışıqlar nümayəndə heyəti ilə görüşdə iştirak edib. Bu gün Türkiyənin də iştirak edəcəyi daha bir görüş keçirəcəyik", - o, qeyd edib.
Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bəndlik planını dərc edib. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin planını qəbul etdiyini bildirib.
Digər Xəbərlər

İsrail HƏMAS-ın Qəzza ilə bağlı planı qəbul etməsinə şübhə ilə yanaşır

“Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması tarixi hadisədir” - Paşinyan

Azərbaycanla bağlı saxta paylaşım edən Türkiyə vətəndaşı saxlanıldı
