“Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması tarixi hadisədir” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsi tarixi hadisə adlandırıb və bunun həm Azərbaycan hökuməti və xalqı, həm də Ermənistan hökuməti və xalqı üçün bir nailiyyət olduğunu qeyd edib.
Adalet.az xəbər verir ki, o, bunu Strasburqda AŞPA-nın iclasındakı çıxışında bildirib.
"ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsdiqləyən bəyannamə qəbul edilib. ABŞ Prezidenti Donald Tramp şahid qismində bu bəyannaməyə imza atıb", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, sülh tətil və ya istirahət deyil, sülh gündəlik əməkdir.
Digər Xəbərlər

Tramp Paşinyanı "digər oğlan" adlandırıb

İsrail HƏMAS-ın Qəzza ilə bağlı planı qəbul etməsinə şübhə ilə yanaşır

Azərbaycanla bağlı saxta paylaşım edən Türkiyə vətəndaşı saxlanıldı
