“Qarabağ” – “Neftçi” derbisində oynamayacaq futbolçular
Misli Premyer Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununda iştirak etməyəcək futbolçular bəlli olub.
Adalet.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində monteneqrolu müdafiəçi Marko Veşoviç, eləcə də qapıçılar Amin Ramazanov ilə Şahruddin Məhəmmədəliyev matçı buraxacaqlar. Buna səbəb hər üç futbolçunun zədəli olmasıdır.
Qonaq “Neftçi”də isə kolumbiyalı hücumçu Brayan Moreno bu görüşdə forma geyinməyəcək. O, yaxın günlərdə əməliyyat olunacaq. Zədəsini sağaldaraq məşqlərə qoşulan braziliyalı müdafiəçi Yuri Matias və monteneqrolu yarımmüdafiəçi Edvin Kutsun derbidə oynaması isə baş məşqçi Roman Qriqorçukun verəcəyi qərardan asılı olacaq.
Qeyd edək ki, “Azersun Arena”da baş tutacaq “Qarabağ” - “Neftçi” görüşünün start fiti saat 20:00-da səslənəcək.
Digər Xəbərlər
14 Iyun 2026 17:10
"Bəzən ayağa qalxmaq üçün şillə yemək yaxşıdır" - Hakan Çalhanoğlu
14 Iyun 2026 12:00
Avstraliya - Türkiyə matçının ən yaxşı oyunçusu müəyyənləşdi
14 Iyun 2026 11:00
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
14 Iyun 2026 10:00
Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı
14 Iyun 2026 09:35
Braziliya - Mərakeş oyunundan - VİDEO
14 Iyun 2026 01:15
Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu
13 Iyun 2026 07:53
DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb - YENİLƏNİB
13 Iyun 2026 01:10


Bakı -°C

