21 Avqust 2020 13:40
47458
GÜNDƏM

Qarabağ qazisinin həyat yoldaşından Birinci xanıma müraciət

Son günlər sosial şəbəkələrdəQarabağ qazisi Bəybala Quliyevin səhhəti ilə bağlı yaranan problemlərişıqlandırılır. Leykoz xəstəliyindən əziyyət çəkən qazimizin xanımı ilə əlaqəsaxladıq və "Adalet.az” saytı olaraq onun xanımı Günel Quliyevanın fikirlərinitəqdim edirik:

"Həyatyoldaşım Quliyev Bəybala Balaca oğlu 1976-ci ildə anadan olub. 1992-1997-ci illərdəgedən Qarabağ döyüşləri zamanı müharibədə iştirak edib. O, həm də şəhid ailəsindəndir.Bacısının yoldaşı Orduxan Səfərov Xocalı şəhidi, qardaşı isə Qarabağ əlilidir. Artıq 1 ildir ki, ilik xərçəngindən əziyyət çəkir,4 kurs kimya-terapiya aldıqdan sonra, koronavirus təhlükəsi səbəbindən 5-cikurs kimya-terapiya ala bilməyib. Hazırda xəstəliyi geri qayıdıb, Milli Hematologiyavə Transfuziologiya Mərkəzində müalicə alır və səhhəti ağırdır.


4 uşaq atasınınilik əməliyyatı üçün Türkiyənin Medikal Park Göztəpə Xəstəxanası ilə danışıqlaraparılıb və adı çəkilən xəstəxanada bu əməliyyat baş tuta bilər. İlik köşürülməsiüçün donor var və bu donor onun qardaşıdır. Sadəcə əməliyyatın baş tutması üçün68 min ABŞ dolları tələb olunur və bu məbləği qarşılamağa bizim maddi gücümüzçatmır.

HörmətliBirinci vitse-prezident Mehriban xanım Əliyeva, həyat yoldaşımın əməliyyatolunmasında bizə köməklik göstərilməsini Sizdən son dərəcədə xahiş edirəm”.

Rövşən Tahir