"Qarabağ" - "Sabah" oyununda qalib müəyyənləşmədi
Fevralın 11-də Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Adalet.az xəbər verir ki, günün ilk oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş bol qollu heç-heçə ilə yekunlaşıb - 3:3.
Hesabı 31-ci dəqiqədə meydan sahiblərinin heyətində penaltidən Marko Yankoviç açıb. "Tələbələr" 45+1-ci və 54-cü dəqiqələrdə İshak Belfodilin penaltiləri ilə tablodakı rəqəmləri öz xeyirlərinə dəyişiblər. 64-cü dəqiqədə Olavio Juninyo növbəti penalti ilə hesabı bərabərləşdirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə baxımlı qolla komandasını önə keçirsə də, iki dəqiqə sonra Yassin Benzia matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu nəticələrdən sonra xallarını 51-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Sabah" isə 27 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

