Qarabağ Universitetində daha bir YENİLİK
“Qarşımızda müasir gənclərin maraqlarına əsaslanan, tələbə əsaslı universitetin formalaşdırılması tapşırığı var. Bu baxımdan yeni dövrün tələblərinə uyğun ixtisasların yaradılması əsas hədəflərimizdəndir. Süni intellektin inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi də bu istiqamətlərə aiddir”.
Adalet.az xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.
Ş.Bayramov qeyd edib ki, qarşıdakı dönəmdə Qarabağ Universitetində süni intellekt laboratoriyasının yaradılması da nəzərdə tutulub:
“Müasir Azərbaycan gənci hansı formada təhsil almaq, hansı bilik və bacarıqları əldə etmək istəyirsə, universitetimiz həmin amilləri nəzərə alaraq, yeni ixtisasların yaradılması ilə bağlı müvafiq qərarlar verəcək. Mövcud ixtisaslar üzrə məzmunun məhz yeni dövrün tələblərinə, dördüncü sənaye inqilabından irəli gələn ehtiyaclara uyğunlaşdırılması, habelə müasir dünyada davamlı inkişafla bağlı olan istiqamətlərdə laboratoriyaların yaradılması diqqətdə saxlanılır”.
Digər Xəbərlər
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18


Bakı -°C

