Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq - Nazir
Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq.
Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, universitetə növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.
"Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisalar da yaradılacaq. Yəni, mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və digər müəllimlik ixtisaslarını çalışacağıq ki, tam əhatə edək", - deyə o bildirib.
Onun sözlərinə görə, mühəndislik ixtisaslarının da sayı artacaq.
"Bir mənalı olaraq hələ ki bu proses gedir. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq. Tibb fakültəsində ali təhsil səviyyəsində həm tibb, həm də tibb bacısı ixtisaslarının açılması planlaşdırılır. Bundan əlavə, təbiət fənnləri üzrə fakültənin də açılmasını düşünürük",- deyə E.Əmrullayev bildirib./Trend
Digər Xəbərlər
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44
Dünyanın ən qədim universitetləri - Siyahı
20 Oktyabr 2026 10:44


Bakı -°C

