Qarabağ Universitetində yüksək bal toplayan tələbələrə əlavə həvəsləndirici təqaüd tətbiq olunacaq
![](https://adalet.az/uploads/img/posts/2024/02/26/7jpg-1708939004.jpg)
Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.