adalet.az header logo
  • Bakı -°C
09 Iyul 2026 22:00
342
İDMAN
A- A+

“Qarabağ” mövsümə darmadağınla başladı - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Adalet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

21:51

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.

86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

21:05

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 2:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

***20:51

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

20:33

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.

30-cu dəqiqədə Zakaria Savo fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

***20:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.