Qarabağ xanına məxsus bayraq bərpa olunub

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpa olunub.
Bu barədə Milli Tarix Muzeyindən məlumat verilib.
Qeyd olunub ki, sözügedən bayrağın sapı bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək, qoruyucu maddə ilə örtülüb.
Eksponatın ucluq hissəsindəki qotazı isə muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən demontaj edilib.
Üzərində olan güləbətin tikmələri, qaytanı, baftası mexaniki və kimyəvi üsulla təmizlənib, qopan ipləri yerinə bərpa edilərək, eksponata ikinci həyat verilib.
Qeyd edək ki, bayraq 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifovun səyləri nəticəsində Azərbaycana gətirilib. Buna qədər bayraq Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyində saxlanılıb.
Bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsinin xanlarının əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur. Bayraq muzeyə hakimiyyət rəmzi olaraq hədiyyə edilib.
Digər Xəbərlər

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İçərişəhərlə tanış olub - FOTOLAR

DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - FOTOLAR

Baş nazir QƏRAR İMZALADI

Aqil Abbasdan oğullarına vəsiyyət: Mən öləndən sonra da onları bağışlamayın -SENSASİON VİDEOMÜSAHİBƏ
jpg-1743594008.jpg)
Ermənilərin aldatdığı kürdlər: Laçın Kürd Respublikası tələsi...

Sarkisyan "Yerablur"a göndərdiyi əklilin lenti qoparıldı - VİDEO

İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verildi
