Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsi üzrə sazişlər imzalanıb

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinə rəsmi səfər edib. Səfər çərçivəsində nazir universitetin tədris və yaradılmış müasir infrastrukturu ilə yaxından tanış olub.
Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Səfərin davamında elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un imzalanması mərasimi baş tutub.
Sözügedən sənədlərin imzalanması iki qardaş ölkə arasında təhsil sahəsində birgə layihələrin daha da inkişafına möhkəm zəmin yaradacaq.
Digər Xəbərlər

Kitabxana müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ!

“Qızına təhsil vermək istəyən ailələrə iqtisadi dəstək proqramı həyata keçirilməlidir”

Bakı Türk Anadolu Liseyi yeni binaya köçdü - FOTOLAR

Bu şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil alacaq

Yardımlı Xeyriyyə Cəmiyyəti tələbə adını qazanan məzunları mükafatlandırdı - FOTOLAR

“Yaxşı edib pul almışam” deyən direktor işdən ÇIXARILDI
