“Qızına təhsil vermək istəyən ailələrə iqtisadi dəstək proqramı həyata keçirilməlidir”
Xəbər verdiyimiz kimi, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov komitənin iclasında erkən yaşda qızların ərə verilməsi hallarının son aylar bir neçə dəfə təkrarlandığını açıqlayıb. İ.Məmmədov təklif edib ki, bu məsələyə ya yenidən baxaraq qanunu sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq. O, həmçinin erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə proflaktik tədbirlərin aparılmasının da vacibliyini vurğulayıb.
Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qanunda sərtləşdirmə olduqca ailələr daha fərqli formalar tapıb çıxarırlar:
“Yadıma gəlir ki, sonuncu dəfə qız hamilə oldu, ərə verdilər və hamilə olduğuna görə oğlan məsuliyyətdən azad oldu. Mənə elə gəlir ki, bütün bunların kökündə daha çox paralel olaraq qızların təhlükəsizliyi və eyni zamanda karyerası üçün əngəllərin aradan qaldırılması və o cümlədən onların sahibkar kimi fəaliyyətinin dəstəklənməsi faizsiz kreditlər vermək və yaxud da dəstək proqramları həyata keçirmək lazımdır. Hər bir ata istəyir ki, qızı hansısa bir təsirə düşməsin.
M.Zeynalova deyib ki, mahiyyətcə biz o qədər də erkən nikaha meyilli deyilik:
“Mühit bu dəqiqə elədir ki, hər kəs öz övladına görə ehtiyat edir. Manipulyasiyalar, aldatmalar, sui-istifadələr var, amma bununla bağlı cəzalar yoxdur. Məsələn, Sovet dönəmində tutaq ki, qız qanunsuz cinsi münasibətdə olardısa, o cəzalandırılardı. Amma indi deyir ki, 16 yaşın var və özün buna razılıq veribsən. Məncə, etibardan sui-istifadə etməklə bağlı cəzalar artırılmalıdır. Məsələn, Hindistanda qızına təhsil vermək istəyən ailəyə dövlət tərəfindən iqtisadi dəstək proqramı həyata keçirilir. Bunu bizdə də tətbiq etmək olar və gərək nəzarət də edilsin”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Dekabr 2025 10:21
İsmayıllıda yerləşən qaçqın və məcburi köçkün məktəbin statusu dəyişdirilib
23 Dekabr 2025 14:42
Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verildi
23 Dekabr 2025 14:15
Köməkçi vasitələrlə imtahana girənlərdən 9-un nəticəsi ləğv edildi
23 Dekabr 2025 10:17
47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb
20 Dekabr 2025 15:00
“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik” - DİM sədri
18 Dekabr 2025 12:33
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir
18 Dekabr 2025 12:05
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu
18 Dekabr 2025 10:45


Bakı -°C

