Azərbaycan Universiteti ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Azərbaycan Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və ADNSU-nun rektoru, dosent Rüfət Əzizov imzalayıblar. Memorandum Doktorant və Gənc Tədqiqatçıların XXVIII respublika elmi konfransı (NASCO XXVIII) çərçivəsində imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın qurulması və möhkəmləndirilməsidir. Sənəd çərçivəsində professor-müəllim heyətinin mübadiləsi, birgə konfrans və simpozium, qısamüddətli kursların təşkili, ortaq elmi-tədqiqat və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə təcrübələri üzrə məlumat mübadiləsinin aparılması, mütəxəssislərin ixtisasının artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.
Rektorlar Səadət Əliyeva və Rüfət Əzizov, həmçinin konfrans çərçivəsində bu ali məktəbdə qonaq olan ali təhsil müəssisələrinin rəhbərləri universitetin və ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın tədqiqat laboratoriyalarına və kompüter otaqlarına baş çəkiblər. Qonaqlara ADNSU-nun elmi infrastrukturu, innovativ laboratoriyaları və burada aparılan tədqiqatlar barədə ətraflı məlumat verilib.
Digər Xəbərlər
09 Yanvar 2026 12:37
Azərbaycanda kağız formada diplomlar verilməyəcək - YENİLİK
08 Yanvar 2026 20:51
Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi
08 Yanvar 2026 15:24
İlham Əliyevin elm, təhsil və gənclərlə bağlı strateji baxışı, dayanıqlı inkişafın əsas sütunlar
07 Yanvar 2026 16:44


Bakı -°C

