Bu müəllimlərin maaşına əlavə üçün 20,1 milyon manat yönəldiləcək
Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmçinin 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin verilməsinə 212,8 milyon manat vəsait xərclənəcək.
Digər Xəbərlər
01 Aprel 2026 11:14
Buraxılış imtahanında iştirak edəcək doqquzuncuların nəzərinə!
01 Aprel 2026 10:49
Bu şəxslər də müəllim işləyə biləcək
31 Mart 2026 16:20
I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlandı
23 Mart 2026 12:12


Bakı -°C

