Molla Nəsrəddin jurnalının 120 illiyinə həsr olunmuş tədbir
Bakı şəhəri Yasamal rayonu 38 saylı tam orta məktəbdə görkəmli satirik mətbuat nümunəsi olan Molla Nəsrəddin jurnalının 120 illiyinə həsr olunmuş tədbir təşkil edilib.
Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Nəzakət Seyfəlovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə 8-ci sinif şagirdləri jurnalın ideya və mövzularını əks etdirən müxtəlif əl işləri nümayiş etdiriblər. Şagirdlər həmçinin karikaturalar çəkərək, müxtəlif obrazları canlandırıb səhnəciklər təqdim ediblər.
Keçirilən tədbirin əsas məqsədi şagirdlərə milli mətbuat tarixini, satiranın cəmiyyətdəki rolunu və Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr olunan jurnalın Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini aşılamaq olub.
Məktəbin direktoru İradə İmanbəyli tədbirin şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafı və onların milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və şagirdlərin hazırladığı yaradıcı işlər xüsusi rəğbət qazanıb.
Digər Xəbərlər
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12


Bakı -°C

