Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlunun Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.
Müəyyən edilmişdir ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb etmişdir.
Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini təşkil etmişdir.
Bir müddət əvvəl həmin cinayətkar qruplaşmanın bəzi üzvləri Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə dövlət müəssisəsinə basqın etməyə, insanların girov götürülməsinə hazırlıq hərəkətləri etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar.
Murad Fetiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar), 283-1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işi üzrə məhkəmə baxışı başlamışdır.
Digər Xəbərlər
03 Noyabr 2026 12:24
Azərbaycan və Ukrayna polisindən birgə əməliyyat... - VİDEO
03 Noyabr 2026 12:22
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açıldı
03 Noyabr 2026 11:05
Daha bir tiktoker həbs edildi
02 Noyabr 2026 16:07
Monteneqroya qaçan azərbaycanlı tutuldu
02 Noyabr 2026 11:56
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
31 Oktyabr 2026 12:15
Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi
30 Oktyabr 2026 15:31
Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq
30 Oktyabr 2026 12:51


Bakı -°C

