Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Adalet.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.
Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.
Qeyd edək ki, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında inşası, onların zəruri tədris avadanlığı ilə təchizi, fənn kabinetlərinin, laboratoriyaların, idman infrastrukturunun yaradılması bu müəssisələrdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib. Bütün bunlar, eyni zamanda, müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.
Digər Xəbərlər
23 Dekabr 2025 14:15
Köməkçi vasitələrlə imtahana girənlərdən 9-un nəticəsi ləğv edildi
23 Dekabr 2025 10:17
47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb
20 Dekabr 2025 15:00
“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik” - DİM sədri
18 Dekabr 2025 12:33
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir
18 Dekabr 2025 12:05
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu
18 Dekabr 2025 10:45
Azərbaycan Universiteti ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
17 Dekabr 2025 12:01
45 məktəbdə istilik sistemi yeniləndi
17 Dekabr 2025 10:33


Bakı -°C

