adalet.az header logo
  • Bakı -°C
31 Yanvar 2026 10:12
65
SİYASƏT
A- A+

“Yaranmış yeni siyasi mənzərə onu göstərir ki...”

“Dünyanın yeni siyasi rənglərə boyanması, xüsusilə də qütbləşmə dövrünün yeni mərhələsinə qədəm qoyması, beynəlxalq siyasətin əsas xəttini təşkil edir. Bəs nə üçün dünya köhnə sistemdən imtina edərək daha mürəkkəb və sanki parçalanmış bir mərhələyə daxil olur? Bu gün dünyada irəli sürülən siyasi təşəbbüskarlıqlar mövcud problemləri üzə çıxarır və onların identikləşdirilməsindən başlanır”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

“Lakin planlaşdırılan siyasi addımlar hər zaman atıla bilmir və bu səbəbdən bəzən onlardan geri çəkilmək zərurəti yaranır. Məhz bütün bu proseslərin fonunda qlobal dünya yeni siyasi rənglərə boyanır. Müasir dövrdə qloballaşma yalnız əməkdaşlıq yaratmaqla kifayətlənməyib, eyni zamanda çoxsaylı asılılıqlar formalaşdırıb. Bütün iqtisadi sistem, yəni dünya iqtisadiyyatı siyasətin və siyasi dairələrin alətinə çevrilib. Yaranmış yeni siyasi mənzərə onu göstərir ki, dünya bir mərkəzli idarəetmə sistemindən uzaqlaşaraq çoxmərkəzli idarəetmə modelinə daxil olub və bu da qütbləşmələrin davamlı olacağını, dünyanın qütbsüz yaşamaq etimadını olaraq sıfıra endirir. Yeni dövrdə az problem, az xərclər və maksimal təsir dairəsi əldə etmək məqsədilə siyasi rəngi müəyyən edən qüvvələrin dünyada sərt ideoloji bloklara deyil, maraqlara əsaslanan, yəni dərin şüura və rasional düşüncəyə söykənən ittifaqlarla formalaşan idarəetmə mərhələsinə keçid ehtimalı böyükdür. Məhz buna görə də dünya gücləri bu gün nəzərdə tutulan siyasi metodların tətbiqinə mane olan amilləri sıradan çıxarmaq üçün sərt bloklardan və aqressiv ultimatumlardan istifadə edirlər”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN