“Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər”
“Türkiyə İran və ABŞ arasında vasitəçilik missiyasını həyata keçirə bilər. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Demək olar ki, Ankara artıq vasitəçiliyə başlayır. Artıq İranın xarici işlər naziri Abbas Araqçinin Türkiyəyə səfəri gözlənilir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, bu təmaslar Ankaranın prosesdə aktiv rol almaq niyyətindən xəbər verir:
“Hazırda ABŞ və İran öz mövqelərində qalır, tərəflərin geri çəkilmək niyyəti yoxdur. Mövcud vəziyyət bir növ Donald Tramp və Əli Xameneinin şəxsi nüfuz mübarizəsinə çevrilib. Görünür, İran Prezidenti Məsud Pezeşkian Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq Vaşinqtonla vasitəçilik etməsini xahiş edib. Türkiyənin əsas şərti ondan ibarətdir ki, birinci mərhələdə nüvə proqramı ilə bağlı razılıq əldə olunsun, növbəti mərhələdə isə raket proqramı və digər mübahisəli məsələlər üzrə danışıqlara başlanılsın. Ankara hesab edir ki, mərhələli yanaşma böhranın idarəolunan müstəvidə saxlanılmasına imkan verə bilər”.
M.Əsədullazadə deyib ki, Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər:
“İranın xarici işlər nazirinin Türkiyədə aparacağı danışıqlar Tehran ətrafında gedən proseslərə ciddi təsir göstərəcək. Artıq Türkiyə regionda açar ölkə statusunu möhkəmləndirib və İranın mövcud vəziyyətdən çıxmasında həlledici rol oynaya bilər. Əgər İran rəsmiləri məsələlərə praqmatik yanaşarsa, böhran danışıqlar yolu ilə həll edilə bilər. ABŞ-nin əsas tələbi İran rejiminin açılım siyasətinə getməsi və regional ambisiyalarından imtina etməsidir. Vaşinqtonun strateji planı İranda rejim dəyişikliyini hədəfləsə də, İran hakimiyyəti daxili struktur islahatlarına və davranış dəyişikliyinə gedərsə, hərbi qarşıdurma ən azı təxirə salına bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

