adalet.az header logo
  • Bakı -°C
30 Yanvar 2026 19:20
71
MƏDƏNİYYƏT
A- A+

Təltif edilən gənclərdən biri görmə məhdudiyyətli ifaçıdır - FOTO + YENİLƏNİB

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək 2026-cı il Gənclər üçün Prezident mükafatlarına layiq görülənlər arasında gənc vokalçı Səməd Novruzov da var. Bakı Musiqi Akademiyasının məzunu olan istedadlı gənc hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi işləyir. Səməd ikinci qrup görmə məhdudiyyətli sayılır.

Adalet.az xəbər verir ki, o, AzəTAC-a müsahibəsində təəssüratlarını bölüşüb: “22 yaşında belə bir yüksək mükafata layiq görülmək, əlbəttə ki, məni sevindirir. Vokal sənətinin incəliklərini öyrənmək, peşəkarlığımı artırmaq üçün inadla çalışıram. Layiq görüldüyüm mükafat məni üzərimdə daha çox işləməyə ruhlandırır. Yeni mahnılar, ariyalar və vokal əsərləri üzərində işləyirəm. Ümid edirəm ki, ölkəmizin vokal ustaları arasında mənim imzam, səsim olacaq. Bu yolda məndən asılı olan hər şeyi etməyə hazıram”.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 30-da “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

*** 17:58

Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.

Adalet.a xəbər verir ki, respublika və beynəlxalq müsabiqələr laureatı olan Səməd Novruzov 2024-cü ildən Mərkəzin Kollektiv yaradıcılıq şöbəsində təlimçi vəzifəsində çalışır. 

S.Novruzov ötən ilin avqust ayının sonundan noyabrın əvvəlinədək Heydər Əliyev Fondunun layihəsi çərçivəsində İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.