İsmayıllıda yerləşən qaçqın və məcburi köçkün məktəbin statusu dəyişdirilib
Daha bir qaçqın və məcburi köçkün məktəbi yerləşdiyi ərazinin tabeliyinə verilərək, statusu dəyişdirilib.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Qarabağ regional Təhsil İdarəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonu 30 nömrəli tam orta məktəb İsmayıllı rayonu Qarabağ qəsəbəsində fəaliyyət göstərib.
Qeyd edilib ki, təhsil müəssisəsinin faktiki yerləşdiyi ərazi Qarabağ Regional Təhsil İdarəsinin dislokasiya sərhədlərindən kənarda olduğundan idarəetmə və nəzarət mexanizmlərinin daha səmərəli həyata keçirilməsi, operativliyin artırılması, idarəetmədə vahidliyin təmin edilməsi, təhsil prosesinin daha effektiv təşkili məqsədilə məktəb yerləşdiyi ərazi üzrə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyinə verilib.
Vurğulanıb ki, bu dəyişiklik yalnız inzibati idarəetməni əhatə edir:
"Məktəbdə tədrisin təşkili, şagirdlərin təhsil hüquqları və pedaqoji heyətin fəaliyyəti əvvəlki qaydada davam etdirilir".
Məlumat üçün qeyd edək ki, məktəb bundan sonra İsmayıllı rayon 8 saylı tam orta məktəb olaraq fəaliyyətini davam etdirəcək.
Digər Xəbərlər
26 Yanvar 2026 11:53
Azərbaycan Universitetinin 12 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq
26 Yanvar 2026 09:06
Bu gün qış tətilindən öncə son dərs günüdür
24 Yanvar 2026 11:35
Məktəblərdə qış tətili başlayır
23 Yanvar 2026 13:17
Eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək
23 Yanvar 2026 12:43
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı
23 Yanvar 2026 09:49
Gələn həftə məktəblərdə qış tətili başlayır
22 Yanvar 2026 16:45
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi
22 Yanvar 2026 10:54


Bakı -°C

