07 Dekabr 2023 15:03
694
GÜNDƏM

"Qarabağda dağıdılan məzarlıqlar" iddiası: Qarağacı məzarlığı yetərmi?

Ağdam işğal ediləmişdən əvvəl Ağdamda qədim bir qəbrstanlıq vardı: Qarağacı qəbiristanlığı!


Tanımayanlar üçün deyim ki, Qarağacı şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşirdi. Ərazisi 60 hektardan çox idi.Araşdırmalara əsasən deyilirdi ki, qəbiristanlığın yaşının 3 min ilə dayanır. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənirdi. "Qarağacı"da dörd türbə olub.
Uğurlubəyovların türbəsi Qədim Qarağac qəbiristanlığında yerləşirdi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilib. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona “Uğurlubəyovların türbəsi” adı verilib”.


1993-cü ilin iyulunda rayonu işğal edən vandallar, insanlıq və bəşər düşmənləri o möhtəşəm şəhər kimi qəbrstanlığı da dağıtdı, 4 türbəni də məhv etdilər..


Yeri gəlmişkən, siyasi şərhçi Asəf Quliyev mediaya açıqlamasında Qarağacıda heç vaxt arxeoloji qazıntı aparılmadığını vurğulayıb. O, deyib ki, buna görə də bu qəbiristanlığın tarixi ilə bağlı dəqiq məlumat yoxdur: “Bəzi mənbələrdə indiki Azarbaycan, Ermənistan, İran va Türkiyənin bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuş Uzun Həsənin oğlu, 1490-cı ildə naməlum səbəbdən vəfat etmiş Sultan Yaqubun məhz Qarağacı qəbiristanlığında dəfn olunduğu göstərilir: “Bu qəbiristanlıqda qoç formasında olan qəbirüstü abidələr işğala qədərki dövrə qədər saxlanılırdı. Amma burada heç vaxt elmi araşdırma aparılmadığı üçün tarixi ilə bağlı məlumatlar çox azdır”.


Deməli, belə bir tarixi məkan və bütün dünyada yaşayan insanlar üçün müqəddəs yer hesab edilən qəbiristanlıq erməni vəhşilərinin hədəfinə çevrilib. Qəbiristanlığın elə Ağdam şəhəri kimi daşı-qaş üstə qalmayıb.Mərmərlər daşınıb, nisbətən ucuz daşlardan olan qəbirlər də darmadağın olub.


Bu erməni vandalizmi təkcə Ağdamda baş verməyib, bütün işğal olunan rayonların qəbiristanlıqları eynən Qarağacı məzarlığının günüdədir. Məsələn Zəngilan şəhərinin məzarlığında ermənilər qəbirləri dağıdaraq cəsədlərdən qızıl dişlərini çıxarıblar. Eyni hal Füzuli, Qubadlı, Ağdərə, Şuşa, Cəbrayıl, Xocavənd, Hadrut, Əsgəran rayon azərbaycanlılara aid olan bütün məzarlıqlardan həyata keçirilib.
Bu gün isə dövlət siyasət xətti dağıdıcılıq, terror və qətl olan Ermənistana məxsus mediayalar isə “qara məni basınca, mən qaranı basım” siyasəti ilə işləyirlər. Həyasızlığı və iftiraları ilə seçilən Ermənistan İctimai Radiosu bildirir ki, Qarabağ ərazilərində erməni tarixi izini məhv etmək üçün Azərbaycan 2023-cü ilin oktyabrın 5-dən noyabrın 3-dək Şuşadaki iki tarixi qəbiristanlığı xüsusi texnikadan istifadə edərək dağıdıb:”Azərbaycanlılar ağır texnikadan istifadə edərək, Yerevan (Şuşadakı İrəvan qapısı- red-Ə.R)) qapıları yanındakı qəbiristanlıq kimi tanınan Şuşa tarixi qəbiristanlığından yol çəkdilər.Bu, erməni-rus qəbiristanlığı idi. Yazılara görə, qəbir daşları 1843-1915-ci illərə aiddir, daha əvvəlki qəbir daşları ruslara məxsus olub və rus yazıları var. Şuşada daha bir köhnə qəbiristanlıq da məhv edilib. 1990-cı illərdə Sovet İttifaqı dövründə ciddi zədələnmiş qəbiristanlıqda cəmi 45 qəbir daşı qalıb”.

 


Daha sonra məqalədə deyilir: “Onu da əlavə edək ki, hər bir xalqın mədəni dəyərlərinə vurulan zərər bütün bəşəriyyətin mədəni irsinə zərbədir, çünki hər bir xalqın qlobal mədəni müxtəlifliyə öz töhfəsi var. “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və repressiya hərəkətləri qadağandır. 1954-cü il tarixli Haaqa protokoluna əsasən, işğal olunmuş ərazilərdə mədəni və mənəvi dəyərlərin məhv edilməsi qadağandır”.


Görəsən, külli –Qarabağı məzarlıqlar qarışıq ayaqdan başa, başdan ayağa yerlə yeksan edən ermənilər 27 sentyabr 2020-ci ildən əvvəl niyə düşünmürdülər ki, “hər bir xalqın mədəni dəyərlərinə vurulan zərər bütün bəşəriyyətin mədəni irsinə zərbədir?”

30 ildə ancaq xaraba qoydular, dağıtdılar!

İşğal etdikləri 30 illik tarixi “qədim” hesab edən bu vandallara biri başa salmalıdır ki, azərbaycanlılar və Azərbaycan dövləti min illərdir vətəni-yurdu olan Qarabağı dağıtmır əksinə onu bəşəriyyət düşmənlərindən geri alandan sonra başdan yaratmaq, gülüstana çevirmək fikrindədir.
Onu da qeyd edək ki, Haaqa Beynəlxalq Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarına əsasən, erməni kilsələrinin dağıdılması qadağan edən qərar qəbul edib.30 il Qarabağın işğalına səsini çıxartmayan ədalətsiz Avropa, beynəlxalq təşkilatlar xarabalıq bayquşlarının səsinə necə tez cavab verir?! Çünki, məramları eynidir. Bu cümləmdən sonra dünyayaya bir baxın!

 Əntiqə Rəşid