"Qarabağda hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb" - Mnatsakanyan

Martın 17-nə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.
Adalet.az xəbər verir ki, o, daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.
Təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər, işğal olunmuş ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər

Orduxan Bəbirov Baş Prokurorluğa çağırıldı

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edildi

Azər Zahidin həbs müddəti uzadıldı

Əməliyyat zamanı canlı yayım açmaq istəyən həkimlərə xəbərdarlıq edildi

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: "Anaları döşək qarışıq bayıra çıxarırdıq"

Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilib
