Qarabağda yaşamaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.
Adalet.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
Fuad Hüseynov deyib ki, Böyük Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.
Komitə sədrinin müavini bildirib ki, yenidənqurma işlərində keçmiş məcburi köçkün soydaşlarımızın özləri də yaxından iştirak etmək istəyirlər. Onların bu istəyinə baxılır və müvafiq qərarlar qəbul olunacaq.
Həmçinin aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.
Digər Xəbərlər
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməcilik keçirildi - FOTOLAR
28 Mart 2026 23:56
Piyadalara su sıçradan sürücülər cəzalanacaq - VİDEO
28 Mart 2026 21:06


Bakı -°C

