“Qarabağ”dan Azərbaycan çempionatlarında 1600-cü qol
“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.
Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turunun “Səbail”lə matçına təsadüf edib.
Səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb.
Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.
“Qarabağ” Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.
Qeyd edək ki, komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də “İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) təkcə “Qarabağ” deyil, yarışın tarixində ilk topun müəllifi olub.
Digər Xəbərlər
07 Dekabr 2025 19:51
Messi öz rekordunu yenilədi
07 Dekabr 2025 19:45
"Formula 1" üzrə dünya çempionatının qalibi bəlli oldu
07 Dekabr 2025 13:07
FIFA DÇ-2026 oyunlarının başlama saatlarını açıqladı
06 Dekabr 2025 23:51
“Sabah”la AFFA arasında qalmaqal - Klub açıqlama yaydı
06 Dekabr 2025 10:52
“150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” - Rafael Ağayev
06 Dekabr 2025 09:48
"Zirə" -"Qarabağ" və "Sabah" - "Neftçi" matçına təyinatlar açıqlandı
06 Dekabr 2025 00:02
DÇ-2026-nın püşkləri MƏLUM OLDU
05 Dekabr 2025 13:55


Bakı -°C

