29 Avqust 2024 10:17
351
İDMAN

“Qarabağ”ın Avroliqada rəqibləri hansı komandalar ola bilər?

Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Adalet.az xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.  Ağdam klubu  2-ci və ya 3-cü səbətdə yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib.

Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-də açıqlanacaq.