17 Iyul 2025 09:36
192
İDMAN

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Adalet.az xəbər verir ki, son oyun günündə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II raunddakı potensial rəqibləri olan İrlandiyanın "Şelburn" və Şimali İrlandiyanın "Linfild" komandaları cavab oyununda üz-üzə gəlib.

İlk matçda 1:0 hesablı qələbə əldə edən "Şelburn" səfərdə qollu heç-heçə (1:1) ilə razılaşıb və turu keçən tərəf olub. Bununla da onlar Ağdam təmsilçisinin rəqibi olublar.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab görüşləri isə 29-30-da təşkil olunacaq.