"Qarabağ"ın daha bir futbolçusu milliyə çağırıldı

"Qarabağ"ın daha bir legioneri milli komandaya dəvət olunub.
Adalet.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade Kabo-Verde yığmasına çağırılıb.
Qeyd edək ki, bunadək "Qarabağ"ın legionerlərindən Marko Yankoviç Monteneqro millisinə, Yassin Benzia isə Əlcəzair yığmasına çağırılıb.
Digər Xəbərlər

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

Misli Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq
