"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Maksim Medvedev "İdman ustası" fəxri adına layiq görülüb.
Gənclər və İdman Nazirliyindən Adalet.az-a verilən məlumata görə, 33 yaşlı müdafiəçiyə müvafiq vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib.
Qeyd edək ki, təcrübəli oyunçu 2006-cı ildən "Qarabağ"da çıxış edir.
Digər Xəbərlər

"Formula 1": Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq

Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə edəcək

"Qarabağ"dan sürpriz gözləyirəm" - Tyerri Anri
