""Qarabağ"la maksimum səviyyədə mübarizə apardıq" - “Napoli”nin futbolçusu
""Qarabağ"la görüşdə maksimum səviyyədə mübarizə apardıq. Ümid edirəm ki, buna növbəti matçlarda da nail olacağıq. Nəticə hər zaman istədiyimiz kimi olmur. Amma vacib olan inanmaqdır".
Adalet.az xəbər verir ki, bunu İtaliyanın “Napoli” klubunun futbolçusu Amir Rahmani UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı danışarkən deyib.
O, qarşılaşmanın asan keçmədiyini vurğulayıb: “Bu, son üç həftədə yeddinci oyunumdur. Zədədən sonra bu qədər sıx qrafikdə oynamaq çətindir. Bəlkə də topla oyunda imkanlarımız artıb. Amma hər şey topu necə hərəkət etdirməyimizdən, meydandakı davranışımızdan və futbolçuların şəxsi keyfiyyətlərindən asılıdır”.
“Biz həmişə daha yüksək məqsədlər uğrunda mübarizə aparırıq və ən yaxşı nəticələrə can atırıq. Ümid edirəm ki, “Qarabağ”la oyundakı qələbə növbəti matçlar üçün inamımızı daha da artırar”, - deyə Rahmani bildirib.
Digər Xəbərlər
26 Noyabr 2025 09:47
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib - FOTOLAR
26 Noyabr 2025 09:36
""Qarabağ" çətin komandadır" - Antonio Konte
26 Noyabr 2025 09:29
Çempionlar Liqası: "Arsenal" "Bavariya"ya, "Atletiko" "İnter"ə qarşı
26 Noyabr 2025 09:00
"8-10 dəqiqə ərzində oyunu itirdik" - Qurban Qurbanov
26 Noyabr 2025 02:00
"Qarabağ" "Napoli" səfərindən məğlub qayıdır
25 Noyabr 2025 20:08
"Qarabağ" "Napoli"yə uduzdu - YENİLƏNİB
25 Noyabr 2025 17:36
Kurtua Çempionlar Liqasının oyununu buraxacaq
25 Noyabr 2025 17:12


Bakı -°C

