““Qarabağ”la oyun çətin olacaq” - “Ayaks”ın futbolçusu
“Sabah meydanda çox işləməli olacağıq”.
Adalet.az xəbər verir ki, bu sözləri “Ayaks”ın futbolçusu Kian Fits-Cim UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə Niderland klubunun rəsmi saytına açıqlamasında deyib.
21 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin bəzi matçlarını izlədiklərini bildirib: “Rəqib son 10 ildə öz ölkəsinin çempionu olub. Heyətində texnikalı yarımmüdafiəçilər var. Çətin oyun olacaq, amma biz hazırıq”.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Digər Xəbərlər
14 Aprel 2026 21:00
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
14 Aprel 2026 19:35
Güləşçilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı
14 Aprel 2026 11:20
"Qəbələ" Prins Ovusu ilə yeni müqavilə imzaladı
13 Aprel 2026 09:36


Bakı -°C

