Qarlı hava sabah da davam edəcək - PROQNOZ
Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bildirilib ki, gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.
Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Digər Xəbərlər
20 Yanvar 2026 13:07
“Azərsun Holdinq”in rəhbər heyəti 20 Yanvar şəhidlərini yad edib - FOTOLAR
20 Yanvar 2026 12:44
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirildi
20 Yanvar 2026 12:01
“Dərnəgül”də metro deposu ilə avtomobil yolu əlaqələndiriləcək
20 Yanvar 2026 12:00
Sükut dəqiqəsi...
20 Yanvar 2026 11:49
"Azərbaycanla çiyin-çiyinə durmağa davam edəcəyik" - Türkiyə MN
20 Yanvar 2026 11:48
“Televiziyalar reklam xatirinə gəncləri məhvə sürükləyir...”
20 Yanvar 2026 10:57
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR - YENİLƏNİB
20 Yanvar 2026 10:30


Bakı -°C

