adalet.az header logo
  • Bakı -°C
20 Yanvar 2026 12:44
82
GÜNDƏM
A- A+

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirildi 

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında bayraqlar yarıyadək endirilib.

Bu barədə Adalet.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Xankəndi , Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Azərbaycanın bütün ərazisində olduğu kimi bu ərazilərdə də saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmin anda şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlər anılıb. Bayraqlar yarıya qədər endirilib.