Qarlı havada 84 nəfər xəsarət alıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub",- deyə məlumatda qeyd edilib.