Qarlı yolda mikroavtobus belə aşdı - VİDEO

Bu gün səhər saatlarında Zaqatala rayonunda mikroavtobus aşıb.
Adalet.az xəbər verir ki, Zaqatala şəhəri ilə Muğanlı qəsəbəsi arasında fəaliyyət göstərən “Mercedes” markalı marşrut mikroavtobusu Aşağı Tala kəndində sürücünün idarəetməsindən çıxıb.
Nəqliyyat vasitəsi qarlı və sürüşkən yolda ağaca çırpılaraq yolun kənarına aşıb.
DİN-in Mətbuat xidmətinin Şəki Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəzaya uğrayan avtobusda sürücü və iki sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik: