Pezeşkian Amerikaya Azərbaycan türkcəsində şeirlə cavab verdi

İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlarla bağlı sualları Azərbaycan türkcəsində səsləndirdiyi şeirdən sitat gətirərək cavablandırıb.
İranla ABŞ arasında mümkün danışıqlara toxunan prezident Məsud Pezeşkian bunun əleyhinə olmadıqlarını, lakin heç bir halda güzəştə getməyəcəklərini bildirib.
"Onlar əvvəlcə sanksiyalar tətbiq etməklə, sonra bizdən silahlarımızı təhvil verməklə yenidən danışıqlardan danışa bilməzlər", - Pezeşkian bildirib.
ABŞ-ın təcavüzkar siyasətinə Azərbaycan türkcəsində səsləndirdiyi şeir parçası ilə cavab verən Pezeşkiyan deyib:
"Bizim türkcədə bir şeir var:
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.
Yatma tülkü daldasında, qoy yesin aslan səni!".
Pezeşkianın bu sözləri zalda alqışlarla qarşılanıb.
"Onlar bizi təhdidlərlə istədiklərini almağa məcbur edəcəklərini düşünürlər, amma heç vaxt boyun əyməyəcəyik", - İran prezidenti əlavə edib.
Pezeşkian ABŞ və İsrailin İrana qarşı təhdidlərindən danışarkən deyib:
"Bəziləri İsraildən qorxur, çünki İsrailin arxasında ABŞ dəstəyi var. Amma biz qorxmuruq və qorxmayacağıq. Bu da bizə yaraşır". (modern.az)
Digər Xəbərlər

Medvedyev Kiyevə çağırış etdi: "Hazırlaşın"

Ərdoğan Ramazanın ilk iftarını bu ölkədə edəcək

HƏMAS iki girovu BQXK-ya təhvil verdi

Rusiyanın bu hava limanları bağlandı

Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər

Həkimlər Papa Fransiskin həyati təhlükəsinin olmadığını bildiriblər

Amerikalılar Trampı Zelenskidən daha çox diktator hesab edir
jpg-1740144100.jpg)